“Kristal”dan ev alanlar DÜŞÜNSÜN Kİ... - YANA BİLƏRLƏR...


Azərbaycanın iri tikinti şirkətlərindən olan və 2003-cü ildən fəaliyyət göstərən “Kristal” (əvvəlki adı “Kristal Abşeron”) şirkəti ölkənin inhisarçı mövqeyə malik mənzil satıcılarındandır.


Şirkət Bakı, Sumqayıt, Xırdalan və digər ərazilərdə onlarla yaşayış kompleksi inşa edib.


2025-ci ildə rebrendinq edərək fəaliyyətini “Kristal” adı altında davam etdirən şirkətin rəsmi məlumatına görə, bu günədək 17 layihə istifadəyə verilib, 10 layihənin isə tikintisi davam edir.
Rəqabətsiz mənzil tikintisini qazanclı biznesə çevirən”Kristal”dan isə narazılıq kifayət qədərdir. Son illərdə şirkətin fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər eşidilməkdədir. Şikayətlər əsasən mənzil sahəsinin hesablanması, təmir keyfiyyəti, tikinti materialları, təhvil prosesinin gecikməsi və sonradan ortaya çıxan qüsurlarla bağlıdır.


Yüksək satış qiymətləri, uzunmüddətli ödəniş zamanı mənzilin yekun dəyərinin xeyli artması, reklamlarda göstərilən şərtlərlə satış ofislərində təqdim olunan təkliflər arasında fərqlər, binaların gec təhvil verilməsi də alıcıların ən çox rastlaşdığı neqativ hallardandır.


“Kristal”ın ofislərində olanlar bildirirlər ki, bu şirkət alıcıları reklamları vasitəsilə aldadır. Onların iddiasına görə, reklamda başqa bir şey deyirlər, ofisə gedəndə tamamilə fərqli mənzərə ilə qarşılaşırsan.


Xatırladaq ki, şirkətin faktiki sahibinin Milli Məclisin deputatı Ağalar Vəliyev olduğu bildirilir.


SAVASHMEDİA.az

Milyonluq məhkəmə işində yeni təfərrüat açıqlandı -Heydərovun ifadəsində nələr var?


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun böyük məbləğdə pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin barəsindəki cinayət işi üzrə növbəti məhkəmə baxış iclası olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən Tale Heydərovun müdafiəçisi müvəkkilinin hazırda ölkə hüdudlarından kənarda olduğunu əsas gətirərək onun prosesdə iştirak edə bilməyəcəyini və ibtidai istintaqa verdiyi ifadələrini təsdiq etdiyini deyib.

Təqsirləndirilənin vəkili isə buna cavab olaraq vurğulayıb ki, Tale Heydərovun zərərçəkən oldugunu və iş materiallarında qeydə alınmış səs yazılarının mövcudluğunu nəzərə alaraq onun iclaslarda iştirakını vacib sayıb.

Cavabdeh tərəfin vəkilinin vəsatəti təmin olunmayıb və bundan sonra T.Heydərovun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. Onun ifadəsindən bəlli olub ki, İntiqam Səfərəliyevlə əvvəllər yaxın münasibəti olmayıb. Tərəflərin bir-birini tanıması Tale Heydərovun qardaşı Nicat Heydərovun vasitəsi ilə baş verib.

Onların arasındakı milyonluq pul mübahisəsi isə “Azersteel”in səhmlərinin alınması ilə bağlı olub. Buna görə qardaşların müxtəlif dövrlərdə İntiqam Səfərəliyevlə Abid Mamedova verdikləri pullar müxtəlif yollarla mənimsənilib.

Zərərçəkənin ifadəsi ilə bağlı yaranan sualları cavablandırmaq isə vaxt məhdüdiyyətindən iyulun 24-nə təyin edilmiş növbəti prosesə saxlanılıb. Qeyd edək ki, “AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Rəsmi ittihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun bir milyon manatdan çox pulunu ələ keçirib.

Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs cəzası olan – Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.

Onu da nəzərə çatdıraq ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən “AFB Bank”ın Müşahidə Şurasının üzvü və başqa vəzifələrdə də çalışıb. Xatırladaq ki, ötən proseslərdə İ.Səfərəliyev barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub, o, iclas zalından azadlığa buraxılıb.

İttihamda İntiqam Səfərəliyevlə yanaşı adı keçən və dələduzluqda təqsirləndirilən Abid Mamedovun barəsindəki cinayət işi başqa icraatda araşdırılır. O, hazırda ölkə hüdudlarından kənarda olduğu üçün barəsində axtarış elan edilib.(Oxu.az)

Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır?


Yerli idarəetmə orqanlarının əsas vəzifəsi vətəndaşın rifahını təmin etmək, rayonda sosial-iqtisadi inkişafa təkan vermək olduğu halda, Qubada tamamilə fərqli və acınacaqlı bir mənzərə hökm sürür

Poliqon sosial şəbəkələrdə yayılan məlumatlara əsasən xəbər verir ki, rayon sakinlərinin şikayətləri Quba Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişaf və proqnozlaşdırılması şöbəsinin müdiri Şahin İsrafilovun öz vəzifə səlahiyyətlərini şəxsi maraqlarına tabe etdirdiyini göstərir. Əslən Xaçmazdan olan bu məmurun Qubada yaratdığı dözülməz bürokratik maneələr və qeyri-qanuni tələblər artıq narazılığı pik həddə çatdırıb.
Qeyd edilir ki, Şahin İsrafilovun rəhbərlik etdiyi şöbə kağız üzərində "inkişaf və proqnozlaşdırma" ilə məşğul olsa da, reallıqda o, rayonun "qara kassası" funksiyasını yerinə yetirir. Tikinti sektorunu tamamilə nəzarətə götürən şöbə müdiri, rəsmi dövlət portallarını və qanunları heçə sayaraq öz şəxsi "tarif və rüsumlarını" tətbiq edir. Məlumatlara görə, rayonda baş qaldıran qanunsuzluqların miqyası belədir:

Fərdi yaşayış evləri: İddia olunur ki, sadə vətəndaşın öz torpağında başını soxmağa bir daxma tikməsi və layihənin təsdiqi üçün 2000 manat "haqq" tələb olunur.

Kommersiya obyektləri: İddiaya görə, sahibkarlığın inkişafına dəstək vermək əvəzinə, hər yeni tikilən obyektdən 10 000 manat rüşvət yığılır.

Rəqəmsal korrupsiya: Hətta dövlətin şəffaflıq üçün yaratdığı Şəhərsalma və Tikinti Portalı sisteminə daxil edilən layihələr belə bu məmurun maliyyə süzgəcindən keçməsə, təsdiqini tapa bilmir.

Bildirilir ki, korrupsiya şəbəkəsi təkcə fərdi tikintilərlə bitmir. Rayonun abadlaşdırılması və sosial layihələr üçün ayrılan dövlət vəsaitləri də bu talançılıqdan payını alır. İddialara görə, Qubada udulan tenderlərin düz 20%-i hələ işə başlanılmamışdan öncə birbaşa Şahin İsrafilova çatmalıdır. Bu isə o deməkdir ki, rayonda görülən işlərin keyfiyyəti kökündən kəsilir, dövlət büdcəsi talan edilir.

Maraqlıdır ki, İcra Hakimiyyətinin memarı Murad Qədirov bu iyerarxiyada sadəcə bir "imza funksiyası" yerinə yetirir. Şahin İsrafilovun "yaşıl işıq" yandırmadığı, "haqqı" ödənilməyən heç bir memarlıq layihəsi Murad Qədirov tərəfindən təsdiq edilə bilməz. Baş memar öz peşə prinsiplərini və qanunun tələblərini deyil, şöbə müdirinin korrupsioner tapşırıqlarını icra etməklə məşğuldur.

Məlumatda qeyd edilir ki, Şahin İsrafilovun bu qədər rahat və cəzasız hərəkət etməsinin arxasında rayon rəhbərliyinin ona olan sonsuz etibarı dayanır. Lakin gələn xəbərlər göstərir ki, İsrafilov bu güvəndən sui-istifadə edərək təkcə xalqı yox, öz rəhbərliyini də aldatmağı bacarır. Özünə yaxın və güvəndiyi şəxslər vasitəsilə topladığı külli miqdarda qeyri-qanuni vəsaitləri gizlətməklə, o, əslində rəhbərlikdən də oğurluq edir, özünə gizli maliyyə imperiyası qurur.

Poliqon.info

Şahmatçılarımız Olimpiadaya bu heyətlə gedəcək - Kapitan Teymur Rəcəbovdur


Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli dəvət olunub. Kapitan kimi Teymur Rəcəbov seçilib.

Qadın şahmatçılardan ibarət milli komandada isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaq. Kapitan Nicat Abasov olacaq. Tanınmış şahmatçı Qədir Hüseynov isə məşqçi kimi komandaya köməklik göstərəcək.

Hər iki komanda təlim-məşq toplanışına cəlb olunacaq. Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.

“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video


Ötən gün Bakının Nizami rayonundakı yanacaqdoldurma məntəqəsində baş verən qəzanın təfərrüatı məlum olub.
Qəzaya nəticəsində “KIA” markalı minik avtomobili yararsız hala düşən sürücü bu barədə “Xəzər TV”yə danışıb. O, hadisənin maşından düşdükdən sonra baş verdiyini və yük maşınının sürətinin çox olduğunu bildirib.
“Maşınımı yanacaqdoldurma məntəqəsinin qapısının qarşısında saxlamışdım. Gördüm ki, SOCAR-ın yanacaq daşıyan maşını yüksək sürətlə gəlir. O biri tərəfdən isə “Ford” markalı maşın gəlirdi. SOCAR-ın yük maşını “Ford”u sürüyərək gəlib mənim maşınımı da əzdi. Belə görünür ki, yeni maşın alınmalıdır, bundan maşın çıxmaz, indi bilmirəm zərərimi necə ödəyəcəklər, heç kəs məlumat verməyib”. (Xəzər TV)
Daha ətraflı videomaterialda:

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO


Culfanın Yaycı kənd sakini, fermer Zabir Qurbanov iddia edir ki, rüşvət vermədiyi üçün əkin sahəsi qəsdən susuz saxlanılır.

Fermer deyib ki, bu problemlə hər il təkrar üzləşir.

Əkinçilik onun yeganə dolanışıq mənbəyidir. O, aidiyyəti qurumlardan məsələni araşdırmağı, iddialarına hüquqi qiymət verməyi və əkin sahəsinin su təminatını bərpa etməyi xahiş edir.(Bizimesr.com)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/culfali-fermer-rusvet-vermediyim-ucun-ekin-sahem-susuz-qoyulur--video-22510

Nizami rayonunda bu da oldu - Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir


Bakının Nizami rayonunda uzun illərdir qanunsuz və eyni zamanda insanlar üçün böyük təhlükə yaradan tikintilər, eləcə də müxtəlif iaşə obyektlərinin fəaliyyəti davam edir. Rayona son 10 ildə təyin edilən bütün icra başçıları bu təhlükəni aradan qaldırmaq əvəzinə, onun daha da genişlənməsinə şərait yaradıblar.

Söhbət rayonun Qara Qarayev metrostansiyasının bir addımlığında yerləşən Şirin Mirzəyev küçəsindən gedir. Böyük və intensiv hərəkətin olduğu bu küçə boyunca uzanan yaşıllıq zolağının üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Bu isə o deməkdir ki, həmin ərazi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası hesab olunur və burada hər hansı tikinti və ya obyektin inşasına qanunvericiliklə yol verilə bilməz. Gələcəkdə yarana biləcək təhlükələri nəzərə alan məsuliyyətli sahibkar bu ərazidə hər hansı iş görməz. Lakin bütün bunlara baxmayaraq, illərdir yüksək gərginlikli elektrik xəttinin düz altında, yaşıllıq zolağı boyunca onlarla çay evi və digər iaşə obyektinin fəaliyyət göstərir. Hər gün yüzlərlə insan yüksək gərginlikli elektrik xəttinin altında oturaraq həyatını təhlükəyə atır.

Hazırkı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov da diğırləri kimi bu problemi görmək istəmir. Eyni zamanda, yüksək gərginlikli elektrik xətlərinə nəzarət edən aidiyyəti dövlət qurumlarının da bu vəziyyətə göz yumduğu bəlli məsələdir.

Bütün bunların fonunda isə artıq Şirin Mirzəyev 151 ünvanında, Nizami telefon qovşağının 5 addımlığında tamamilə yüksək gərginlikli elektrik xəttinin altında çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb və işlər sürətlə davam edir. Hazırkı mənzərə onu göstərir ki, bina bu ərazidə birmənalı olaraq inşa edilir. Bir daha təkrar editrik, tikinti yüksəkgərginlikli elektrik xəttinin düz altında inşa edilir. Hələ ərazidə məhv edilən ağaclar da öz yerində...

Bu isə tikinti icazəsi ilə bağlı olduqca ciddi suallar yaradır. Belə bir tikintiyə kim icazə verib? Hansı əsaslarla bu layihə razılaşdırılıb? Tikinti təhlükəsizlik normalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə necə əsaslandırılıb?

Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin və yüksək gərginlikli elektrik xətlərinin istismarı və təhlükəsizliyinə cavabdeh qurum olan "Azərenerji" ASC-nin bu tikinti ilə bağlı mövqeyi nədir? Onlar bu tikintiyə necə razılaşıblar: "Azərenerji" ASC-nin sədri Baba Rzayev bu tikintiyə necə icazə verildiyini və yüksək gərginlikli elektrik xəttinin altında aparılan işlərə münasibətini ictimaiyyətə açıqlayacaqmı?

Məsələ ilə bağlı adı çəkilən dövlət qurumlarının və Nizami Rayon İcra Hakimiyyətinin mövqeyi öyrənilməyə çalışılacaq.

Qarşı tərəfin cavab vermək və öz mövqeyini bildirmək hüququ qorunur.

Bizimesr.com

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 11-də 38 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacaq.

Xəbər lenti

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55
DÇ finalının fasiləsi uzadılacaq
15:00
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
13:05
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
12:23